Dünya səviyyəsində Şəbəkə və ya WWW – hər gün dünyanın böyük bir hissəsi tərəfindən istifadə edilən, alış-verişdən başlayaraq, vergilərin ödənilməsi, sürücülük vəsiqəsinin bərpa edilməsi, seçicilərin qeydiyyatdan keçirilməsi daxil olmaqla, bir çox gündəlik məsələləri həll etmək üçün bir vasitədir. Bu hal qaçılmazdır. Belə olan halda, bəs Azərbaycanda nə vaxt, öz ən son təhlükəsizlik və dələduzluğun qarşısını almaq funksiyaları ilə seçilən, Qərbdə artıq əksəriyyətin bir neçə illər istifadə etdiyi, bu əlverişli alət geniş istifadə olunmağa başlayacaq? Qara dəlik, yoxsa cəsarətli yeni üfüqlər – seçim sizindir.
Elektron ticarət (e-Commerce), başqa sözlə, İnternet vasitəsilə müxtəlif məhsul və xidmətlərin alışı və satışı, ticarət dünyasında əsas oyunçuya çevrilmişdir. O, satıcı və istehlakçılar tərəfindən biznesin aparılma üsüllarını, onlara əvvəllər heç vaxt olmayan rahatlıq və münasiblik təklif edərək, əsaslı olaraq dəyişmişdir. Daha ətraflı...
Son zamanlar onlayn alış-veriş imkanlarının genişləndiyi və asanlaşdığı bir dövrdə bütün dünyada elektron ticarətə maraq və tələbin artdığı halda Azərbaycanda bu sahə hələ də öz inkişaf səviyyəsinə çatmayıb. Bu sahədə müəyyən irəliləyişlər var, lakin bunu inkişaf etmiş bir sahə kimi qələmə vermək hələ tezdir. Bir neçə gün əvvəl ölkə prezidentinin vətəndaşların nağdsız ödənişlərdən çox az istifadə etməsi barədə səsləndirdiyi iradlar və bu sahədə inkişafın təmin edilməsi məqsədilə Vergilər Nazirliyi qarşısında məsələ qaldırması bu mövzunu yenidən aktuallaşdırdı.
Ölkədə mövcud vəziyyət necədir və bu sahədə hansı problemlər var? Daha ətraflı...
Bu gün insanlar onlayn formada, internet vasitəsilə istənilən malı sifariş edib öz evlərinə qədər gətirdə bilirlər. Dünyanın inkişaf etmiş ölkələrində aparılan ticarətin yarıdan çoxu məhz elektron yolla həyata keçirilir. Burada alıcılar üçün əsas üstünlük əlavə vəsaitə və vaxta, satan tərəf üçünsə işçilərə və parakəndə ticarət obyektinin saxlanmasına çəkilən xərclərə qənaət etməkdir.
Azərbaycanda aparılan ticarət əməliyyatlarının cəmi 3%-ə qədəri elektron şəkildə həyata keçirilir. ABŞ-da bu rəqəm 75%, Avropa ölkələrində isə 60%-dir. Hazırda Azərbaycanda elektron ticarət vasitəsilə, əsasən, restoranlardan yemək, iri marketlərdən ərzaq, parfümeriya məhsulları, kiçik elektron cihazlar, turizm şirkətlərindən isə biletlər və s. sifariş edilir. Daha ətraflı...
Ölkə prezidentinin vətəndaşların nağdsız ödənişlərdən az istifadə etməsi istiqamətində səsləndirdiyi iradlar , eləcə də bu sahənin inkişafının təmin edilməsi yönündə Vergilər Nazirliyi qarşısında məsələ qaldırması məsələni yenidən aktuallaşdırıb.
Xatırladaq ki, Azərbaycanda elektron ticarət haqqında qanun 2005-ci ildə qəbul olunsa da, internetdən istifadənin az olması səbəbindən bu sahədə ilkin addımlar 2008-ci ildən atılıb. İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspertlərinin Publika.Az-a şərhinə görə, Azərbaycanda ilk dəfə internetə çıxış imkanları yarananda istifadəçi sayı çox az idi. Bunun da əsas səbəbi internet paketi qiymətlərinin çox baha olması idi: “2009-cu ildən etibarən isə qiymətlər azaldı. Beləliklə, internetdən istifadə edənlərin sayında da kəskin artımlar qeydə alındı. Daha ətraflı...
ELEKTRON TİCARƏT
Alkredit.az saytı kredit məhsullarının axtarışını və muqayisəsini etmək üçün yaradılmış layihədir. Layihe 2013-cu ildə başlamışdır. Portalda, Azərbaycanın ən böyük banklarının bütün kreditləri öz əksini tapır. alkredit.az, kreditlər arasında müqayisə edərək sizə en uyğun olanını seçməyinizə koməklik göstərir. Kreditləri faiz miqdarına görə, məbləğin həcminə görə, alınan komissiyaya görə və digər bütün şərtlərinə görə sıralaya bilər, sizə ən sərfəli olanını seçə bilərsiniz. alkredit.az saytı hal hazırda kredit kartları, istehlak kreditləri, avto kreditlər, mikrokreditlər, biznes kreditləri və ipoteka krediti üzrə ixtisaslaşmışdır.









