“Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilən “E-hökumət” layihəsi vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradır. Layihənin istismara verilməsindən qısa bir müddət keçsə də, portal vasitəsilə e-xidmətlərdən yararlanan vətəndaşların sayı günbəgün artır. Müsahibimiz rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirovdur.
Müasir dövrdə dünyada informasiya və biliklər cəmiyyəti formalaşır. Belə bir şəraitdə cəmiyyətin və iqtisadiyyatın əsas inkişaf resursu olan elmi-texniki ideya və biliklərin praktikada reallaşmasına və innovasiyalara çevrilməsi proseslərinin məzmununun öyrənilməsinə və struktur təhlilinə ciddi ehtiyac vardır. Cəmiyyətdə baş verən innovativ proseslərin təhlilinə, klassifikasiyasına, mərhələlərinə, eləcə də onları xarakterizə edən göstəricilər sisteminin təkmilləşdirilməsinə tələbat böyükdür. Elmi-texniki ideyaların reallaşdırılması və ona innovasiya prosesi kimi baxılması elmi cəhətdən əsaslandırılmalıdır. Daha ətraflı...
Təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü dərs ilinin nəticələrinə görə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında əmr imzalayıb. Əmrə əsasən, müsabiqələrin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.
Nazirlikdən bildirilib ki, bu proses ölkə başçısının “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” sərəncamına uyğun həyata keçirilir.
Son illər inkişaf etmiş ölkələrdə demokratiyanın inkişafına təsir edən amillərdən biri də "Elektron hökumət”in (ingilis dilində e-Government) formalaşdırılması hesab edilir. "Elektron hökumət” müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır. Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan "məsafəni” maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Daha ətraflı...
DÖVLƏT, TƏHSİL VƏ İKT
Ölkə başçısının 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası»nda müəyyən edilmiş əsas hədəfə çatmaq üçün növbəti on ildə qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili məhsulun iki dəfə artırılması, İKT sektorunun həcminin 4-4,5 dəfə genişləndirilməsi, İKT-nin iqtisadi potensialının gücləndirilməsi, cəmiyyətin İKT ehtiyaclarının ödənilməsi məqsədi qarşıya qoyulmuşdur. İnformasiya və biliklərə əsaslanan iqtisadiyyatın inkişaf etdirilməsi, rəqabətqabiliyyətli və ixracyönümlü yüksək texnologiyalar sektorunun inkişafı, investisiya cəlbediciliyinin yüksəldilməsi, ölkədə dünya səviyyəsinə uyğun elmtutumlu və yüksək texnoloji məhsulların yaradılması və onların tətbiqini təmin edən innovasiya sisteminin formalaşdırılması əsas məqsəd kimi müəyyən edilmişdir. Bu hədəflərə çatmaq vasitələrindən biri kimi, Azərbaycan Respublikası Prezidentinin 15 mart 2012-ci il tarixli sərəncamı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılmışdır. Müsahibimiz fondun icraçı direktoru Elçin Zeynalovdur. Daha ətraflı...









