StartUP Azerbaycan nədir?
Qafqaz Universitetində Startup Azərbaycan layihəsi çərçivəsində Universitet rəhbərliyi görüşü və Universitetin İT sahəsi üzrə müəllim və tələbələri ilə birgə Toplantı keçirilib.Görüşdə Qafqaz Universitetinin rektoru Ahmet Sanıç Startup Azərbaycan komandasının üzvlərini qəbul edib. Görüşdə Universitetin Texnopark müdiri İsa Qasımov və Kompüter Mühəndisliyi departamentinin rəhbəri Abzətddin Adamov, Startup Azərbaycan Təşkilat Komitəsinin üzvləri Osman Gündüz, Ülvi Aslanov və Ayaz Quliyev iştirak ediblər.Görüşdə Startup Azərbaycan layihəsi haqqında məlumat verilib və gələcək əməkdaşlıq məsələləri ilə bağlı fikri mübadiləsi aparılıb. Görüşdən dərhal sonra Universitetin tələbə və müəllimlərinin iştirakı ilə geniş Toplantı keçirilib. Təşkilat Komitəsini üzvü Osman Gündüz və Ülvi Aslanov Toplantı iştirakçılarına Startup Azərbaycan layihəsi haqqında geniş məlumat veriblər. Müsabiqədə iştirak qaydaları haqqında, layihələrin qiymətləndirilməsi, investorlarla münasibətlərin qurulması ilə bağlı məlumatlar verilib. Toplantı iştirakçılarını maraqlandıran çoxsaylı suallar cavablandırılıb.Sonra Toplantı iştirakçılarına konkret bir startup layihəsinin formalaşması, maliyyələşməsi və inkişafı ilə bağlı nümunə təqdim edilib. Multibon layihəsi ilə bağlı Orxan Əhmədov təqdimat edib. O təqdimatında adı çəkilən layihənin ərsəyə gəlməsi, investor tapılması, İnternet bazarındakı yeri və inkişaf perspektivləri ilə bağlı maraqlı məlumatlar təqdim edib. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
ADİU-nun İnnovativ Biznes-İnkubatorunun təqdimatı olub - AzTV
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) İnnovativ Biznes-İnkubatorunun (İBİ) təqdimatı keçirilib. Universitetdən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov və başqa qonaqlar iştirak edib. Qonaqlar əvvəlcə İBİ-nin ofisi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Ədalət Muradov bildirib ki, ADİU-da innovasiya yönümlü iqtisadi təhsilin formalaşdırılması üzrə həyata keçirilən tədbirlər çərçivəsində yaradılmış İnnovativ Biznes-İnkubator ölkəmizdə bu sahə üzrə ilk universitet təşəbbüsü və layihəsidir. ADİU ilə Gənclər və İdman Nazirliyi arasında imzalanmış müqaviləyə uyğun olaraq İBİ-nin fəaliyyətinə dair tədbirlərin keçirilməsi üçün 64722 manat vəsait nəzərdə tutulub. Əməkdaşlıq çərçivəsində təlim kurslarının keçirilməsi, startapların inkişafına dair və gənc biznesmenlər üçün maarifləndirici metodiki vəsaitlərin, kitabların hazırlanması, tərcümə edilməsi, İBİ-nin internet saytının yaradılması və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.
İdeya Qazandi müsabiqəsində qeydiyyat və təlim
İdeya Qazandı verilişinin II sezonuna müraciət etmək istəyən gənclərə ümumi prosedur barədə məlumat vermək istəyirik. İlkin mərhələdə gənclər sayt vasitəsilə ərizə göndərir. Bu ya saytda mövcud olan ərizə formasını onlayn doldurmaqla, ya da ərizə formasını yükləyib info@ideyaqazandi.az ünvanına göndərməklə həyata keçir. Ərizəniz düzgün doldurulubsa, onun alınması barədə Sizə email göndərilir. Ən geci 15 iş günü ərzində Sizin ilə əlaqə saxlanılır və ilkin görüşə dəvət edilirsiniz. Görüş zamanı ideyanız haqqında və onun təqdimatı haqqında məlumat alınır. Əgər Sizin ideya seçim kriteriyalar ilə qarşılanırsa, növbəti 10 gün ərzində Sizə son cavab deyilir. Görüşdə toplanan məlumatı İdeya Qazandının 9 nəfərdən ibarət Seçim şürası araşdırır. Bura ideyaların siyasi, dini və ya sosial sorumlu olmaması, ideya və ya biznesin kommersiya xarakter daşıması, investisiyanın düzgün məqsədlə istifadəsi, ideyanı təqdim edən şəxsin müəllifliyinin yoxlanılması kimi prosedurlar daxildir. Çəkiliş günləri ərizələrin sayından və seçim turlarını tezliyindən asılı olduğuna görə növbəti mərhələnin dəqiq zamanını təyin etmək öncədən mümkün olmur. Seçilmiş namizədlərlə növbəti dəfə əlaqə saxlanılanda çəkilişin zamanı və yeri deyilir. Zəngin tarixi adətən çəkilişə gününə 10 gün qalmış olur. Bu Sizə hazırlaşmaq və planlaşdırmaq üçün kifayət edir. Çəkiliş günü Sizə uyğun deyilsə, zəng vuran operatordan digər günlərin tarixini alıb və danışığınıza əsasən üstün tutan zamana dəyişdirə bilərsiniz. Zəng ilə qərarlaşmız zamanı email vasitəsilə göndərməyi unutmayın. Sonra təsdiq olunmuş zamanın və məkanın elektron formada təsdiqi Sizə emailla yollanır. Bu təsdiqi görüş yerinə götürməyini xahiş olunur. Çəkiliş meydançası şəhər mərkəzindən kənarda olduğu üçün metro stansiyaların qarşısından Sizi servis avtobusları pavilyona aparacaq və çəkiliş bitdikdə geri qaytaracaqlar. Çəkiliş üçün tam bir gününüzü ayırmağa planlaşdırın. Çəkilişdən öncə Sizə lazım olan texniki xidmət və vizaj xidmətləri Təşkilatçılar tərəfindən qarşılanacaq. Çap edilmiş əyani vəsaitiniz varsa, özünüzlə gətirməyiniz xahiş olunacaq.
İnternet-biznes sahəsində investisiya mühiti və milli Startuplar
"StartUp Azərbaycan" Təşkilat Komitəsi tərəfindən aprelin 10-da "İnternet-biznes üçün investisiya mühiti və investisiya imkanları" mövzusunda konfrans keçirilib.
Konfransın məqsədi ölkədə milli "StartUp"ların mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı peşəkarların və ekspertlərin iştirakı ilə müzakirələr aparmaqdır.
Konfransda "StartUp Azərbaycan" layihəsinin təqdimatının keçirilməsi, həmçinin milli "StartUp"ların inkişafını ləngidən problemlərin səbəbləri və aradan qaldırılması istiqamətində dövlət, özəl və vətəndaş cəmiyyəti qurumlarının iştirakı ilə müzakirələrin aparılması nəzərdə tutulub.
Konfrans "Milli StartUplar: mövcud vəziyyət və inkişaf perspektivləri" və "StartUplar üçün investisiya mühitinin inkişaf perspektivləri" mövzusunda 2 sessiyadan ibarət olub.
Tədbirdə ölkənin tanınmış İT mütəxəssislərinin, uğurlu "StartUp" təmsilçilərinin, investorların maraqlı təqdimatları olacaq. Qeyd edək ki, layihə çərçivəsində elan olunan müsabiqəyə milli "StartUplar" təqdim edilir və qeydiyyat prosesi mayın 10-dək davam edəcək.
Eyni zamanda qarşıdakı günlərdə "StartUp" komandalarının formalaşdırılması üzrə tədbirlərin keçirilməsi və maraqlı "StartUp" kampların təşkili nəzərdə tutulub. "StartUp Azərbaycan" layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi, "Bakcell" , "Microsoft", "İnfi Pro" şirkətlərinin sponsorluğu ilə həyata keçirilib.
«Startup Azərbaycan- 2014»ün qalibləri öz layihələri haqqında
Dolaşa-dolaşa pul qazanmaq? İnternetdə iş tapmaq? Alış-veriş edib bonuslar qazanmaq? Cavabları iyulun 18-də axşam saat 7-də AzadlıqFM-dən – «Startup Azərbaycan- 2014»ün qaliblərindən öyrən.
Elektron alış-verişdən vergi tutulsun, ya yox?
Azərbaycanda elektron ticarətdən vergi tutulub-tutulmaması məsələsi iki dövlət qurumu arasında fikir ayrılığı doğurub. Beləcə, aktual sual doğur: İnternet vasitəsilə alış-veriş vergidən azad olunsun, yoxsa vergi nəzarəti gücləndirilsin?
İnternetdən yararlan, biznesinə milyonlar qazandır!
Layihən və ya biznesin var? İnternetdə layihəni daha çox insana tanıtmaq və biznesini gəlişdirmək istəyirsən? Belə isə, hansı üsullardan necə yararlanacağını da bilirsən?
Startup - Azerbaycan
İnternet biznes və Startuplar sahəsində maraqlı tərəflərin görüşü keçirilib
Startup Azərbaycan layihəsi çərçivəsində startup sektorunda maraqlı tərəflərin iştirakı ilə Görüş keçirilib.
Görüşün məqsədi startup sahəsində mövcud vəziyyət və Startup Azərbaycan layihəsi çərçivəsində görülən işlər haqqında, həmçinin startup sektorunun gələcək inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparmaq, startupların inkişafı sahəsində maraqlı tərəflərin birgə səylərini gücləndirmək olub.
Görüşdə AİF prezidenti, Startup Azərbaycan layihəsinin TK üzvü Osman Gündüz çıxış edərək ölkədə startuplar sahəsində, Startup Azərbaycan Layihəsinin gedişi haqqında məlumat verib. O, bu tip görüşlərin ilk dəfə keçirildiyini diqqətə çatdıraraq startupların inkişafı üçün bütün maraqlı tərəflərin iştirakı ilə normal infrastruktur yaradılmasının və bu istiqamətdə təkliflərin hazırlanmasının vacibliyini bildirib. O, gələcək fəaliyyət istiqamətlərinin, prioritetlərin müəyyən edilməsi üçün Görüşün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
RİTN yanında İT inkişafı Dövlət Fondunun direktoru, RİTN şöbə müdiri Elçin Zeynalov çıxış edərək bu cür Görüşlərin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib və Fondun xətti ilə görüləcək tədbirlərlə bağlı məlumatlar verib. O gələcəkdə Startup Azərbaycan Layihəsi ilə əməkdaşlığın gücləndiriləcəyini, birgə tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.
Vergilər nazirliyinin nümayəndəsi İnternet biznes və elektron ticarətlə bağlı vergi sahəsində xeyli təkliflərin hazırlandığını və bu sahənin inkişafı ilə bağlı stimullaşdırıcı addımların olacağını bildirdi.
İnfipro Vençur şirkətinin direktoru Eldar Abbasov çıxış edərək İnternet biznesin, startupların inkişafı sahəsində beynəlxalq təcrübəni , bu sahədə investisiya mühitinin spesifik xüsusiyyətlərini diqqətə çatdırıb və qanunvericiliyin təkmilləşdirilməsinin də faydalı olacağını bildirib.
Startup Azərbaycan Layihəsinin Baş sponsoru Bakcell şirkətinin nümayəndəsi Süheyla Cəfərova çıxış edərək startuplarla daha geniş miqyasda işlərin aparılmasının vacibliyini, startupların ilkin formalaşması zamanı Təlimlərin və digər maarifləndirici tədbirlərin keçirilməsinin faydalı olacağını söylədi.
Görüşdə Startup Azərbaycan təşkilatçıları, İT və marketinq sahəsi üzrə mütəxəssislər Məmməd Kərimov (MAK), Adil Əliyev (NEATS), Ayaz Quliyev (CREATE) və Vahid Qasımov (Sahil İT), Rüstəm Əliyev (Skype), ABŞ- da İT şirkətdə çalışan Qərib Mehdiyev, həmçinin Milli Kart-dan İlqar İbrahimov, Yüksək Texnologiyalar parkının Biznesin inkişafı Departamentinin rəhbəri Cəlal Rəhimov və digərləri çıxış ediblər. Çıxışlarda Startup Azərbaycan Layihəsinin daha da uğurlu olması istiqamətində və ümumiyyətlə ölkədə startupların inkişafı istiqamətində xeyli faydalı təkliflər irəli sürülüb.
Görüş maraqlı tərəflərin diskussiyası ilə davam edib.




