
“Car Doctor” layihəsi
Noyabr 21, 2014
Azərbaycanda avtomobillərin diaqnostikasını məsafədən həyata keçirə biləcək yeni sistemin yaradılmasına başlanıb. “Car Doctor” adlanan sistem avtomobilləri internet üzərindən diaqnostika etməyə imkan yaradacaq. Bu sistemə qoşulacaq avtomobilləri avtoservisə aparmaq lazım gəlməyəcək. Avtomobili elə olduğu yerdən onlayn şəkildə məsafədən diaqnostika etmək mümkün olacaq.
Hazırda bu layihə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (İKT Fondu) tərəfindən ayrılmış qrant hesabına reallaşdırılır. Layihənin müəllifi Azər Əliyev yeni sistemin iş prinsipini fins.az-a izah edib.
Beləliklə, "Car Doctor" layihəsi çərçivəsində xüsusi cihaz istehsal ediləcək və bu cihaz avtomobilin kompüter sisteminə - "beyni"nə qoşulacaq: “Yəni, bu mikrokompüter avtoservislərdə ustaların qoşulduğu sistemə-radiona qoşulur. Bizim cihaz ora bağlandıqda onun vasitəsilə maşında baş verən nasazlıqları uzaqdan aşkar etmək mümkündür”.

“SmartMenyu” layihəsi
Noyabr 21, 2014
Yaxın vaxtlardan etibarən Azərbaycan restoranlarında elektron menyular tətbiq ediləcək. Müştərilər yemək sifariş vermək üçün indiyədək istifadə olunan kağız menyu kitabçaları əvəzinə planşetlərdən istifadə edəcəklər.
Bu yenilik “SmartMenyu” adlanan layihə çərçivəsində həyata keçiriləcək. Layihənin rəhbəri Təbriz Etayi fins.az-a bildirib ki, bu yenilikdə məqsəd restoranlarda xidmətin səviyyəsini yüksəltmək, xüsusilə də Azərbaycana səfər edən turistlərin restoran xidmətləri haqqında təsəvvürlərini dəyişməkdir. Elektron menyu həm restoran personalının, həm də müştərilərin işini yüngülləşdirəcək.
Hazırda “SmartMenyu” layihəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (İKT Fondu) tərəfindən ayrılmış qrant hesabına reallaşdırılır.

Azərbaycanda reseptlərin yazılış qaydası avtomatlaşdırılacaq
Noyabr 21, 2014
Azərbaycanda dərman preparatları üzrə reseptlərin çıxarışı qaydası avtomatlaşdırılacaq. Bunu Trend-ə "Səhiyyənin intellektual idarəetmə mərkəzi" (SİİM) layihəsinin rəhbəri İlqar Tağıyev bildirib.
SİİM layihəsi Azərbaycan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Dövlət Fondu tərəfindən layihənin reallaşdırılmasına 20 min manat ayrılıb.

Водители в Азербайджане смогут оплачивать штрафы по интернету
Noyabr 20, 2014
В Азербайджане будет внедрена услуга онлайн-оплаты штрафов за нарушение Правил дорожного движения (ПДД). Об этом сообщил Trend руководитель проекта по созданию автоматизированной системы Джамиль Ширинов.
По его словам, проект реализуется при финансовой поддержке Государственного фонда развития информационных технологий министерства связи и высоких технологий Азербайджана.
По словам Ширинова, в настоящее время завершена разработка программной составляющей системы, и окончание работ по созданию веб-интерфейса ожидается к концу недели.

Kreditləri müqayisə et, sənə ən uyğun olanına ONLINE MÜRACİƏT et
Noyabr 19, 2014
alkredit.az saytı kredit məhsullarının axtarışını və muqayisəsini etmək üçün yaradılmış layihədir. Layihe 2013-cu ildə başlamışdır. Portalda, Azərbaycanın ən böyük banklarının bütün kreditləri öz əksini tapır. Alkredit.az, kreditlər arasında müqayisə edərək sizə en uyğun olanını seçməyinizə koməklik göstərir. Kreditləri faiz miqdarına görə, məbləğin həcminə görə, alınan komissiyaya görə və digər bütün şərtlərinə görə sıralaya bilər, sizə ən sərfəli olanını seçə bilərsiniz. alkredit.az saytı hal hazırda kredit kartları, istehlak kreditləri, avto kreditlər, mikrokreditlər, biznes kreditləri və ipoteka krediti üzrə ixtisaslaşmışdır.

“Doctormap” layihəsi
Noyabr 19, 2014
Azərbaycanda xəstəliklərə simptomlara görə diaqnoz qoyulmasının elektron sistemi yaradılacaq. Bu barədə Trend-ə “Doctormap” layihəsinin rəhbəri Fərid Fərhadov bildirib.
“Doctormap” layihəsi Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun maliyyə dəstəyi hesabına reallaşır. Layihənin reallaşdırılmasına Dövlət Fondu tərəfindən 20 min manat vəsait ayrılıb.

Startup Azərbaycan 2014 – finalisti "ButaReak" lahiyəsi
Sentyabr 20, 2014
Startup Azərbaycan 2014 – ün qalibləri haqqında növbəti məqaləmizdə ButaReak lahiyəsi haqqında bəhs edəcəyik. Həmsöhbətlərimiz ButaRek lahiyəsinin komandasıdır.
Lahiyə haqqında qısa məlumat
“ButaRek” reklamçılıqla bağlı olan layihədir və bu istiqamətdə olan bir yenilikdir. Layihənin başlıca məqsədi reklamçılıq prosesini sadələşdirmək, effektivliyini artırmaqdır. Bu məqsədlə ölkənin əksər vebsaytlarını, reklam agentliklərini və reklamverənlərini bir sistem altında toplamaq, bütün tərəflərin reklamçılıqla əlaqədar olan ehtiyaclarını qarşılamaq və tərəfləri bir-birinə calaşdırmaq nəzərdə tutulur. Prosesin birinci dərəcəli qayəsi şirkətlərə daha sərfəli reklam mühiti tapmaqda, vebmasterlərə isə qazanc əldə etməkdə yardımçı olmaqdır. Yəni, reklamverənlə vebmaster arasında bir mənada vasitəçi rolunu oynayır. Şirkətlər və vebmasterlər heç bir yerə getmədən, əlavə vaxt itirmədən, yerindəcə öz reklam planlarını reallaşdıra bilərlər. Onu da qeyd edək ki, layihənin Azərbaycanda alternativi yoxdur.

Startup Azərbaycan 2014 – növbəti finalisti "iWork.az" lahiyəsi
Sentyabr 21, 2014
Startup Azərbaycan 2014 – ün qalibləri haqqında növbəti məqaləmizdə iWork.az lahiyəsi haqqında bəhs edəcəyik. Həmsöhbətlərimiz iWork.az lahiyəsinin rəhbəri Günay Məmməd-Zadədir.
İlk olaraq lahiyyə haqqında qısa məlumat. “İwork.az” insanlara ehtiyac duyduqları işləri gördürmək üçün ustalar, kuryerlər, dayələr və digər sahələrin peşəkarlarını tapmaqda yardım edən bir onlayn xidmətdir. Xidmət həmçinin müxtəlif sahənin peşəkarlarına bir-başa müştəriyə çıxış əldə etmək yolu ilə, iş tapmaqda kömək edir.

Startup Azərbaycan 2014 - növbəti finalist "Xərcim.az" layihəsi
Sentyabr 21, 2014
Startup Azərbaycan 2014 – ün qalibləri haqqında növbəti məqaləmizdə Xərcim.az layihəsi haqqında bəhs edəcəyik. Həmsöhbətlərimiz Xərcim.az ideyasının sahibi Orxan Əhmədov və Satış müdiri Sina Belyanidir.
İlk olaraq layihə haqqında qısa məlumat.
- “Xərcim.az” mövcud olan bütün bonus, endirim, hədiyyə kartları, kupon və sadiqlik sistemlərini bir əldə toplayan və yalnız smartfonun köməyi onları idarə və istifadə etmə imkanı verən mobil tətbiqdir. Tətbiq istifadəçi kartlarını bir yerdə toplamaqla yanaşı, onların keçərli olduqları yerlər haqqında məlumat və sistemlərin müqayisəsini aparmaq imkanına malikdir.

Startup Azərbaycan 2014 – növbəti finalisti "BethClip" lahiyəsi
Sentyabr 22, 2014
Startup Azərbaycan 2014 – ün qalibləri haqqında növbəti məqaləmizdə BethClip lahiyəsi haqqında bəhs edəcəyik. Həmsöhbətimiz BethClip lahiyəsinin ideya sahibi və rəhbəri Rəşid Əliyevdir.
BethClip lahiyəsi bulud texnologiyaları əsasında qurulmuş özək üzərində, müxtəlif platformalar və cihazlar arasında çalışan, 1 klik vasitəsi ilə cihazın “clipboard”ındakı mətn, şəkil və ya istənilən məlumatın digər cihaz(lar)a ani ötürülməsini təmin edən proqram tipli xidmətdir (SaaS).
Lahiyə Startup Azərbaycandan başqa bir neçə müsabiqədə iştirak edərək münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmiş və Qafqaz Universiteti tərəfindən keçirilən Yeni Fikir müsabiqəsinin 1-ci yer qalibidir

Startup Azərbaycan 2014 - növbəti finalisti "Al-Gətir" lahiyəsi
Sentyabr 22, 2014
Bu həftədən etibarən sizlərə Startup Azərbaycan 2014 qalibləri və onların layihələri ilə tanış edəcəyik. Beləliklə ilk qonağımız Al-Gətir lahiyəsi və həmsöhbətimiz AXEL MMC-yə aid Al-Gətir lahiyəsinin həm-təsisçisi rəhbəri Tural Əhmədovdur.
İlk olaraq lahiyyə haqqında qısa məlumat.
- “Al – Gətir” elektron ticarət məkanı olmaqla müştərilərinə evdən çıxmadan arzuladıqları ərzaq məhsullarını əldə etməyə imkan verirən bir platformadır. Müştəri sayt, tətbiq və ya çağrı mərkəzi vasitəsi ilə sifariş verdikdən sonra nağd və ya kart vasitəsi ilə ödəniş edir.