
Bakıda “İnnovativ idarəetmə məktəbi” açılır
Dekabr 26, 2014
Bakıda Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN School" könüllülük proqramı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə layihəsi olan "İnnovativ idarəetmə məktəbi"nin açılış mərasimi keçiriləcək.

Yeni Fikir Müsabiqəsi 2015
Noyabr 07, 2014
Yeni Fikir Müsabiqəsi (YFM) Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) təşkil etdiyi layihədir. Bu layihə innovativ sahibkarlığın inkişafına dəstək vermək məqsədilə həyata keçirilir. Bununla belə, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.
YFM ildə bir dəfə keçirilir. Müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilər.

İnnovativ Biznes-inkubatoru yeni “startup”-ları təqdim etdi.
Oktyabr 28, 2014
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində yaradılmış İnnovativ Biznes-inkubatoru yeni “startup”-ları təqdim etdi. Bunlar: “Peşəkar Mühasibatlıq” Mərkəzi, “LingvOmondo” Tərçümə Mərkəzi, “Perfect Pictures” videoreklam studiyası və “UniWeb” veb-dizayn studiyasıdır.

Fundamental-tətbiqi və axtarış-innovasiya xarakterli sənaye layihələri maliyyələşdiriləcək
Oktyabr 27, 2014
Prezident yanında Elmin İnkişafı Fondu (EIF) ölkədə sənayenin inkişafı sahəsində aparılan əhəmiyyətli elmi araşdırma və tədqiqatların dəstəklənməsinə yönəlmiş layihələrin qrantlar yolu ilə maliyyələşdirilməsi üçün “Sənaye qrantı”nı elan edib.

Startup Günlərinin iştirakçıları, tədbirləri və formatı haqqında
Oktyabr 27, 2014
Kimlər Startup Günlərində iştirak edə bilər ?
Startup Günlərində ilk növbədə proqramçılar, dizaynerlər və developerlərin iştirakı nəzərdə tutulur. Eyni zamanda İnternet biznesə maraq göstərən, bu sahədə ideyaları olan sosial media menecerləri, marketoloqlar, hüquqçular və digər sahələrin mütəxəssisləri də iştirak edə bilərlər.
Startup Günlərində bir qayda olaraq tələbələr və fəaliyyətə yeni başlayan gənc sahibkarlar, fərdi işləyənlər (freelance) və digər gənclər iştirak edirlər.

Azərbaycan Dövlət İqtisad Universitetinin İnnovativ Biznes-İnkubatorunun təqdimatı olub
Oktyabr 27, 2014
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) İnnovativ Biznes-İnkubatorunun (İBİ) təqdimatı keçirilib. Universitetdən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov və başqa qonaqlar iştirak edib. Qonaqlar əvvəlcə İBİ-nin ofisi ilə tanış olublar.

Ölkədə yeni layihə olan - "Elektron pul kisəsi" elektron imza ilə işləyəcək
Oktyabr 21, 2014
Ölkəmizdə rabitə və kommunal xidmətlər üzrə internet vasitəsilə aparılan qeyri-nəğd ödənişlərin sayı aydan-aya artmaqdadır. Hazırda rabitə və kommunal xidmət haqlarının internetlə ödənilməsi üçün "VİSA/VİSA Elektron” və "Master Card/Maestro” kartlarından istifadə olunur. Təəssüf ki, Respublikada Elektron ticarətin inkişafı üçün bu kartlardan geniş istifadə edilməsi mümkün olmur, belə ki banklar kartlarda olan məlumatların manual ötürülməsini tələb edirlər.

“Yüksək Texnologiyalar Parkı”nın tikintisi ilə bağlı tender elan edildi
Oktyabr 17, 2014
Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində təsis edilmiş "Yüksək Texnologiyalar Parkı - YT Park" Məhdud Məsuliyyətli Cəmiyyəti Pirallahı adasında inşa ediləcək "Yüksək Texnologiyalar Parkı"nın baş planı, dizayn, layihələndirmə, müəllif nəzarəti işlərinin və xidmətlərinin satınalınması ilə əlaqədar açıq tender (bundan sonra "Tender") elan edir və sizi tenderə dəvət (bundan sonra "TD") və şərtlər toplusu sənədlərində (bundan sonra "ŞT Sənədləri") təsvir edilmiş təlimat və qaydalara riayət etməklə tender təkliflərinizi təqdim etməyə dəvət edir.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ikinci qrant müsabiqəsi elan edir
Oktyabr 15, 2014
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun İkinci qrant müsabiqəsinin ELANI
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu innovativ İKT xidmətlərinin və məhsullarının hazırlanması (tətbiq sahələri: e-ticarə, e-xidmətlər, mobil həllər, istehsal yönümlü yeni məhsullar və texnologiyalar, xidmətlər) mövzusu üzrə qrant müsabiqəsi elan edir:





