SWOT- TƏHLİL NƏDİR ?
SWOT– təhlil daxili və xarici mühitinin faktorlarını üzə çıxaran strateji bir üsuldur. Hər hansı bir layihənin və ya şirkətin güclü və zəif nöqtələrini göstərə bilən bir təhlildir ( anlayışdır). Adətən bu anlayışı marketoloqlardan eşidə bilərsiz. Son zamanlarda bu anlayış Azərbaycanda çox tez- tez işlənilir deyə,biz bu haqda sizi məlumatlandırmaq fikrinə gəldik. İndi isə eşələnək görək bu nədir.
Bu üsul dörd hissədən ibarətdir :
-
Strength ( güclü tərəflər)
-
Weakness ( zəif tərəflər)
-
Opportunities ( imkanlar)
-
Threats ( təhlükə)
Güclü (S) və zəif (W) tərəflər obyektin analizinin daxili amillərə (obyekt özü nəyə təsir göstərir), imkanlar (O) və təhlükə (T) isə xarici amillərə ( obyekt tərəfindən idarə olunmur və özü ona təsir edir) aiddir.
Məsələn :
Hər hansı bir şirkət öz mallarıni idarə edir – bu daxili amildir. Lakin, ticarət haqqında qanunlar şirkətə tabe deyil – bu artiq xarici amillərdir.
SWOT akronimi * ( akronim – bir neçə sözün ilk hərfləri ilə əmələ gələn söz ) 1963-cü ildə professor Kennet Endrus ( Kenneth Andrews) tərəfindən Harvard universitetində biznes- siyasətin problemlərinə həsr olunmuş konfransda ilk dəfə işlənilmişdir. 1965-ci ildə Harvard universitetinin dörd alimi – Leraned ( Leraned) , Kristensen ( Christensen), Endrus (Andrews) və Gut ( Guth) – bu texnologiyanı – SWOT modelini şirkətin strategiyasını tərtib etmək üçün təklif etdilər. Yeni LCAG ( müəlliflərin adlarının ilk hərfləri) adlı bir sxem təklif olundu. Bu sxem strategiyanın seçimi üçün vacib olan ardıcıl addımlara əsaslanırdı.
Bu üsulun üstünlüyü:
Lakin onu da qeyd edək ki,SWOT-təhlil yalnız ilk cari vəziyyət qiymətləndirildikdən sonra effektiv ola bilər. SWOT-təhlil strateji və ya keyfiyyətli dinamikanın( layihənin inkişafa doğru hərəkət nəzərdə tutulur ) təhlilinin tərtibini əvəz edə bilməz.
SWOT-təhlilinin özünün güclü tərəfləri:
-
Bu iqtisadiyyatın və idarəçiliyin ən müxtəlif sahələrində istifadə oluna biləcək universal bir üsuldur. Onu istənilən mərhələdə olan obyektə uyğunlaşdırmaq olar ( məhsul, layihə, şirkət, region, ölkə və s.)
-
Bu qarşıda qoyulan məqsədlərə görə fərqlənən elementləri azad şəkildə seçmək imkanını verən üsuldur. ( Məsələn: şəhəri turizm cəhətdən və ya yalnız nəqliyyat cəhətdən təhlil etmək olar və s.)
-
Uzun müddəti ( uzun müddətli layihələri ) əhatə edən təhlil ola bilər.
-
Bu üsulun istifadəsi, adətən, xüsusi bacarıqlar və istiqamətyönümlü (xüsusi) bir təhsil tələb etmir.
SWOT-təhlilin çatişmayan cəhətləri:
-
Yalnız ümumi amilləri göstərir
-
Adətən SWOT-təhlildə yalnız amillər sadalanır ( əsas və ikinci dərəcələrə bölünmürlər). Amillərin bir birinə təsiri nəzərə alınmır
-
Layihənin dinamikasını yox – onun ümumi şəkilini göstərir
-
Çox vaxt yalnız keyfiyyəti təsvir edir. O zaman ki , kəmiyyətdə çox vacibdir.
-
Bu subyektiv təhlildir və onu təhlil edən insanın düşüncəsindən və təhsilindən aslıdır.
-
SWOT-təhlil böyük həcimdə müxtəlif sahələrdən məlumatın toplanılmasını tələb edir. Bu kifayət qədər güc və pul xərcidir.
Beləliklə bu məqalədə sizi SWOT anlayışı ilə tanış etdiq. SWOT –təhlilinin tərtib olunması haqda isə sizə növbəti məqalədə məlumat verəcəyik. Bizi izləməyə unutmayın. Diqqətinizə görə təşəkkür.





