top of page

               "Startup"-ın əsas məqamları

 

     Startupların yaranmasına imkan verən əsas səbəb nəhəng şirkətlərin əsasən bazarda olan məhsulun istifadə etməsidir. Yeni nəsə demək olar ki, bazara çıxartmırlar. Ona  görə yeni ideyaları həyata keçirtmək üzrə mobilliyi  ilə fərqlənən startuplar böyük şirkətlərə  rəqabət göstərə bilirlər.

     Yeni startupın yaranmasının əsas mənbəyi yaxşı  kreativ ideyadır. Onuda deyək ki, yeni və maraqlı ideyalar ilə maraqlanan və onlara görə çoxlu pul xərcləməyə hazır olan insanlarda az deyil. İdeyanın özü ancaq kağız üzərində olanda belə ( startupın planı)  böyük bir dəyərə malik ola bilər. Startupın yaranması və onun uğuru üçün vacib olan daha bir amil həmin ideyaya bazarda olan böyük ehtiyyacdır. Çünki elə bir hal yarana bilər ki, ideya maraqlı və yeni olar , amma bazarda onu qəbul etməsinlər və ona ehtiyyac olmasın. Belə halların olmaması üçün bazarı tam araşdırmaq lazımdır.

      Həmçinin startupın uğuruna təsir edən amillərdən digəri isə  startupçının cavan yaşıdır ( statistikaya görə startupçının orta yaşı  25) , onların ideyaya inamı , ideyanın həyata keçməsi üçün can atmaqlarıdır ( elə adamlar adətən ideyanın üğuruna kimi vuruşurlar). Elə yaşda insaların çox vaxt bu tipdə prinsipləri olur : “Oğurlayırsansa million oğurla, sevirsənsə kraliçanı sev” – yəni ya hər şey , yada heçnə. Və onların öz ideyaları və işlərinə belə alovla yanaşması çox vaxt müsbət nəticə göstərir.

      Növbəti vacib amil  yaxşı komandadır. Düzdü biznesi tək də başlamaq olar. Lakin onda iş daha çətin olur. Ve burada söbət o qədər puldan getmir ( bunun üçün investorlar vardır) nə qədər ki startegiyanı gurmaq, idarə etmək və mümkün olan bazarlara çıxmaqdan gedir. Necə deyirlər “bir baş yaxşıdır, amma iki baş daha yaxşıdır”. Çox vacibdir ki , komanda üzvləri  bir birini efektiv şəkildə tamamlasınlar. Birində olmayan  xüsusiyyət və ya bacarıq digərində olsun.  İdeal numunədə götürsək – komandanın bir üzvü planlaşdırır, digəri əlagələri yaradır; biri məhsulu inkişaf etdirir , digəri isə onu reallaşdırır və s.

      Və əlbəttə ki, növbəti amil puldur. Lakin investment ( maliyyəşdirilmə) və investorlar barədə sizinlə növbəti məqalədə danışacayıq.

bottom of page