Keçən məqalədə biz sizinlə starupların əsas məqamları barədə danışdıq. Bu məqalədə biz sizə “startupın əsas məqamları” mövzusunu davam edərək investorlar və investment (maliyyəşdirilmə) barədə məlumat verəciyik.
İstənilən investor gəlir mənbəyini uzaqdan belə yaxşı seçə bilir. Dünya təcrübəsinə əsaslanaraq görə bilərik ki, investorlar startuplara maqraq göstərir və oradan gəlir eldə edə bilirlər. Bunun üçün bir çox ölkələrdə “biznes – mələkləri” və vençur fondlar vardır. Biznes-mələklər – hələ ideya mərhələsində olan startuplara pul buraxan fərdi şəxslərdir. Adətən “mələklər” şirkətin işlərinə qarışmırlar və buraxdığı pulları dərhal geri tələb etmirlər. Onların məqsədi – uzun müddətdən sonra olsa belə pul qazanmaqdır, çünki startup şirkətlərə investisiya etmək onların yeganə gəlir mənbəyi deyil.
Vençur fondları isə orta və ya böyük faizi riskli , lakin yüksək gəlir mənbəyi olmaq potensialına malik olan startuplara pul buraxırlar. Vençur fondları da “biznes-mələklər” kimi hələ yalnız biznes planı olan layihəyə belə pul buraxa bilərlər. Amma onlar bazara çıxan , lakin daha geniş inkişafı üçün pulları olmayan şirkətləri maliyyəşdirməyə daha üstünlük verirlər.
Və əlbəttə ki, sizə maliyyə cəhətdən dostlarınız və qohumlarınız kömək edə bilər. Nə qədər qəribə gəlsə də, məs bu kateqoriya startuplara yatırım etməkdə dünyada üçüncü yer tutur.
Qohum və dostlarla hər şey aydındır. Lakin investorları harada axtaraq ? Bu tapmaca olaraq qalır. İnvestorları tapmaqda ən nəticə göstərən üsul “Networking” sayılır. Müxtəlif peşə forumlarında, konfranslarda, müsabiqələrdə və tədbirlərdə böyük sayda şirkətlər və fərdi şəxslər iştirak edir (orada həm potensial investorlar , həmdə maliyyə axtaran şirkətlər olur). Onlar sizin layihənizlə taniş olub, onunla maraqlana bilələr.
Həmçinin müxtəlif forumlarda və saytlarda məlumat qoymaqla da özünüzə kömək edə bilərsiz . Həmçinin startuplara investment edən şirkətlərin birjası da olur.
Azərbaycanda investment ilə məşğul olan şirkətlər vardır. Bunların içində Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İNFORMASİYA TEXNOLOGİYALARININ İNKİŞAFI DÖVLƏT FONDU (http://ictfund.gov.az). Bu fondun məqsədi Azərbaycan Respublikasında İKT sahəsində sahibkarlığın inkişafı və onun maliyyə dəstəyi ilə təmin edilməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, elmi tədqiqat işlərinin və eyni zamanda innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə layihələri dəstəkləməkdən, habelə İKT sahəsində investisiya mühitini yaxşılaşdırmaq, yerli və xarici investorların maraqlarının stimullaşdırılmasını təmin etmək və birgə layihələrdə iştirak etmək üçün tədbirlər görmək, yüksəkixtisaslı kadrları cəlb etmək, layihələrin səmərəliliyi və vacibliyi haqqında xarici mütəxəssislərlə birgə araşdırmalar aparmaq, layihələrin çevikliyini təmin etmək və birgə layihələri idarə etmək üçün tövsiyələr verməklə, intellektual biznesin inkişafına təkan verməkdən ibarətdir. Fond müxtəlif grant müsabiqələrini elan edərək startuplara kömək edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu həmçinin gənclərə böyük dəstək verir, müxtəlif grantlar elan edir. ( http://youthfoundation.az)
Hal hazırda Azərbaycanda vençur fondları mövcuddur- Khazar Ventures (http://khazarventures.com) və İnfipro - informasiya texnologiyası, internet və proqram təminatı üzrə ixtisaslaşan bizneslərin başlanğıc mərhələsinə investisiya edən vençur kapitalı şirkətidir. Yeni texnoloji xidmətləri meydana gətirmək məqsədi ilə sahibkarlarla birgə işləyirlər. İnfipro tərəfinnən bacarıqlı sahibkarların öz ideyalarını reallaşdırılmasına təkan vermək və bizneslərinin genişləndirilməsinə kömək etmək məqsədilə kiçik həcmdə investisiyalar etməyi də nəzərdə tutulub. İnfipro yüksək böyümə potensialı olan, xarici bazara belə gələcəkdə çıxa bilən innovativ şirkətlərə investisiya edir və həmçinin rəqabət mühitində liderlik keyfiyyətlərini nümayiş etdirə bilən şirkətləri axtarır ( http://infipro.az).
Azərbaycanda startaplara dəstək edən fondlar və şirkətlər haqqında məlumatla burada tanış ola bilərsiniz http://www.startupinfo.az/#!tdbrlr/c23j9
“Startup”-ların maliyyələşdirilməsi





