İNNOVATİV BİZNES İNKUBATORU
Bu dəfə “Milli startup hərəkatına dəstək olaq” adlı layihəsinin rəhbəri Günay xanım Azərbaycan İqtisad Universitetinin nəzdində yaradılmış “İnnovativ Biznes İnkubatorun” fəaliyyəti ilə tanış oldu. Günay xanım Biznes İnkubatorun direktoru Mircəvid Həsənovdan müsahibə aldı.
- Innovativ Biznes İnkubatoru haçan yaranıb və burada hansı startup-lar fəaliyyət göstərir?
- İnnovativ Biznes İnkubatoru 20 may 2014-cü il tarixində Azərbaycan İqtisad Universitetin nəznində yaradılmışdır. Hal- hazırda burada dörd start up fəaliyyət göstərir və onlar bütün lazım olan şəraitlə təmin olunurlar.
Startup-lar :
-
LingvoMondo –Tərcümə mərkəzi
-
Perfect Pictures- Videoreklam studiyası
-
Professional Accounting Center – Peşəkar Mühasibat Mərkəzi
-
UNİWEB – veb dizayn studiyası.
-
LingvoMondo sizə yazılı , şifahi və sinxron tərcümələr , dərslik və onlayn dərs vəsaitlərinin tərcüməsi, redaktə xidmətlərini sizə təklif edir. (azlingvomondo@gamil.com)
Perfect Pictures şirkətlərin və təşkilatların məhsullarını və sosial layihələrini təşviq etmək üçün zəruri olan videoreklam çəkilişi üzrə ixtisaslaşır. Bu məhsulun əsas prinsipləri : səmərəlik , informativlik , yaradıcılıq. Perfect Pictures-ın fəaliyyəti ən müasir texnologiyalar və kreativ təsəvvürün əsasında qurulur. ( perfectpictures.az@gmail.com )
Professional Accounting Center- sizə təklif etdiyi xidmətlər : (pacenter@outlook.com )
1) Mühasibat uçotu və maliyyə sahəsində mövcud olan imtahanlarına hazırlığın həyata keçirilməsi.
2) Rəsmi və beynəlxalq dərəcədə tanınan tədris vəsaitlərdən, dərsliklərdən və digər vasitələrdən istifadə edilməsi.
3) Təlimlər ən yeni tədris texnologiyalarının tətbiqi və aktiv şəkildə istifadə edilməsi.
4) Müəssə və təşkilatların kadr hazırlığının daha da təkmilləşdirilməsi üçün qısa və uzun müddətli təlimlərin keçirilməsi.
5) Tədris zamanı müxtəlif diplom və sertifikatların təqdim olunur.
UNIWEB Dizayn Studiyası sayt və mobil tətbiqetmələrin proqramlaşdırılması üzrə ixtisaslaşmış şirkətdir ( uniwebaz@gmail.com ).
Bu şirkətin ekspert komandası ən müasir texnologiya və qabaqcıl təcrübələr əsasında işləyir. Saytların unikal dizayn və proqramlaşdırılması ilə fərqlənir.Sizə veb saytınızın dizaynını şirkətinizin brendinə uyğun hazırlayır və yeni korporativ imic yaratmaqda kömək edirlər.Uniweb təcrübədə sübut olunmuş ən son texnologiyalardan istifadə edir. Sizə təklif etdikləri xidmətlər :
1) Veb saytın proqramlaşdırılması
2) Xostinq
3) E-ticarət
4) Məzmun menecmenti
5) SEO
6) SEM
- Başqa startup-lar burada yer qazana bilərmi ?
- Bəli İnnovativ Biznes İnkubatorun qapıları istənilər startuplar üçün hər zaman açıqdır. Təkcə Azərbaycan İqtisad Universitetinin tələbəri yox, istənilən universitetinin tələbələri və ya digər layihə rəhbərləri bizə müraciət edə bilərlər.
- Sizə necə müraciət edə bilərlər?
- İstiqlaliyyət 6 ADİU, otaq 1 ünvanına yaxınlaşıb bizimlə bu barədə müzakirə edə bilərlər. Həmçinin ibi.aseu@gmail.com vasitəsi ilə əlaqə yarada bilərlər. ( Əlaqə nömrələri : 012- 492- 31-21 ; 050-856-02-01 )
- Bu yaxınlarda elan olunacaq siz tərəfdən hansısa müsabiqə ?
- Təxminən 2015 ilin yanvar-fevral aylarında startup müsabiqəsini elan etmək planımızda vardır. Hələ ki müxtəlif startup layihələri toplayırıq. Bizə müxtəlif müraciətlər gəlir.
- Siz (İBİ) startup-lara investisiya edirsinizmi ?
- Bəli İnnovativ Biznes İnkubatoru startuplara investisiya edir. Startup gəlir əldə etməyə başlayanda biz həmin gəlirin 20 % götürürük. Startup İnnovativ Biznes İnkubatoru tərk edib başqa yerdə ofis açdığı halda biz gəlirin 10 % götürürük. Bu pullar yenidən işə qoyulur- yeni startup-lara yatırılır və bu proses bir dairə şəklində davam edir.
Innovativ Biznes Inkubatorun facebook səhifəsi: https://www.facebook.com/ibi.aseu.az/timeline




